RU

Məşhur futbolçu həbs oluna bilər

PSJ-nin futbolçusu Əşrəf Hakimi həbs təhlükəsi ilə üzləşib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Hadisə 2023-cü ilin fevralında Parisətrafı qəsəbələrdə baş verib. 24 yaşlı qız Hakimi ilə sosial şəbəkələrdə tanış olduqlarını və bir ay uzaqdan əlaqə saxladıqlarını bildirib. Bundan sonra qız futbolçunun evinə gəlib. İddaya görə imtina etməsinə baxmayaraq, hakimi qıza qarşı zorakılıq hərəkətləri edib.

Qız polisə müraciət edib.

Həmin ilin martında mərakeşli saxlanılaraq dindirildikdən sonra məhkəmə nəzarətinə verilib. İstintaq zamanı o, bütün ittihamları rədd edib. 2025-ci ilin avqustunda Nanterre prokurorluğu məhkəmədən 26 yaşlı müdafiəçinin cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

Избранный
6
ucnoqta.az

1Источники