RU

Güləşçimiz dünya çempionatında finala yüksəldi

Azərbaycan güləşçisi Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında finala yüksəlib.

"Unikal" xəbər verir ki, Hüseyn İsmayılov (65 kq) mundialın həlledici mərhələsinə adlayıb.

O, əvvəlcə kanadalı Liam Qortonu üstələyib – 4:2.

Gəncə güləş məktəbinin yetirməsi 1/8 finalda yunanıstanlı Konstantinos Mixailidisə heç bir şans tanımayıb – 11:0. İsmayılov daha sonra qırğızıstanlı Adisbek Altınbekovu çətinliklə də olsa, yolundan kənarlaşdırıb – 2:1. Hüseyn yarımfinalda isə qazaxıstanlı Yerali Askerbekdən güclü olub – 3:1. Milli üzvü sabah finalda amerikalı Arseni Kikinyovla güləşəcək.

Избранный
30
4
unikal.az

10Источники