RU

Tramp Ağ Evdə 200 milyon dollarlıq dəbdəbəli bal zalı tikdirir FOTO

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə təmtəraqlı bal zalının tikintisinə başlayır. Layihənin dəyəri 200 milyon dollar məbləğində qiymətləndirilir və Ağ Evin saytında bildirilir ki, bu xərclər şəxsi sponsorlar və Trampın özü tərəfindən qarşılanacaq.

Ölkə.az xəbər verir ki, tikintiyə sentyabr ayında start veriləcək və zalın Trampın prezidentlik müddəti bitməmişdən xeyli əvvəl istifadəyə verilməsi planlaşdırılır.

Yeni bal zalı mövcud Şərq qanadının yerində inşa ediləcək və ümumi sahəsi təxminən 89 min kvadrat metr olacaq. Zalda 650 nəfər yerləşə biləcək ki, bu da hazırkı Şərq qanadının zalından üç dəfə çoxdur (hazırda cəmi 200 nəfərlik tutuma malikdir).

Ağ Evin təqdim etdiyi layihə planlarında parlaq işıqlanma, qızıl çilçıraqlar və lüks interyer dizaynı diqqət çəkir.

Ağ Evin administrasiya rəhbəri Syuzi Vaylz bildirib: "Son 150 ildə prezidentlər, administrasiyalar və Ağ ev işçiləri bu kompleks daxilində daha çox qonağı qəbul edə biləcək geniş tədbir məkanının xəyalını qurublar. Tramp bu problemi gələcək administrasiyalar və Amerika xalqı üçün həll etmək niyyətindədir".

Tramp daha əvvəl də bəyan etmişdi ki, Ağ Evdə artıq yüz ilə yaxındır arzu olunan bal zalını” tikdirmək niyyətindədir.

Bundan əvvəl medianın yaydığı məlumata görə, ABŞ prezidenti Qətər tərəfindən hədiyyə olunan Boeing 747-8 təyyarəsinin təmiri üçün tələb olunan vəsait ABŞ Müdafiə Nazirliyinin nüvə silah arsenalının modernizasiyası üçün ayrılmış məxfi büdcəsindən yönləndirilib. ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndələri təsdiqləyiblər ki, "Air Force One" təyyarəsinin yenilənməsi üçün Sentinel proqramından vəsait ayrılıb.(qaynarinfo)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
2
olke.az

3Источники