RU

Öz dilini bəyənməyən şəxs başqa dilə psixoloji kölə olar, mənəvi əsir olar, maddi möhtac olar Video

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Dili və Əlifbası Günü — Azərbaycanda milli bayram kimi hər il 1 avqustda qeyd olunur.

Uşaqlarımıza rus dilindən, ingilis dilindən öncə öz dilimizi öyrədək. Öz dilini bilməyən, öz dilini bəyənməyən şəxs başqa dilin mənsubuna psixoloji kölə olar, mənəvi əsir olar, maddi möhtac olar...

Televiziya və radio kanallarındakı aparıcılara, müğənnilərə, hətta özünə sənətkarlara və dövləti təmsil edən rəsmi şəxslərə Azərbaycan dili tədris olunmalıdır. Xalq ilə xalqa xitab edənlər arasında anlaşılmazlıq yaranandan sonra gec olur. Prezident İlham Əliyev neçə dil bilir, amma xalqla xalqın anladığı dildə danışır. Prezidentin müsbət keyfiyyətlərindən və davranışlarından nümunə götürün barı...

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
bizimyol.info

1Источники