RU

ABŞ Ukrayna və Rusiya danışıqlarına öz TÖHVƏSİNİ VERİR

Ajans.az Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, XİN başçısı Sergey Lavrov bu barədə brifinqdə danışıb. " ABŞ administrasiyasının birbaşa dialoqu bərpa etməsi normal diplomatik praktikaya tam uyğundur. Moskva ilə Vaşinqton arasında ilin əvvəlindən davam edən Ukrayna məsələlərinin substantiv müzakirəsi çox faydalıdır və nəticə verir”, deyə Lavrov bildirib. Onun sözlərinə görə, ABŞ administrasiyası mövcud reallıqlardan xəbərdardır və Ukrayna böhranının köklü səbəblərini nəzərə almağa çalışır:
“ABŞ Dövlət katibi Marko Rubio bu yaxınlarda məsuliyyətli yanaşmanı təsdiqləyərək açıq şəkildə bildirdi ki, ABŞ və Rusiya arasında birbaşa hərbi qarşıdurmaya heç vaxt yol verilməməlidir. Biz bununla tam razıyıq. Bu həm də Rusiya-Amerika dialoqu zamanı əldə olunan qarşılıqlı anlaşmanın nəticəsidir”. Lavrov həmçinin bildirib ki, Rusiya Ukraynaya siyasi və hərbi məsələlər üzrə işçi qruplar yaratmağı təklif edib və bununla bağlı rəsmi Kiyevdən cavab gözlənilir.

O, ABŞ prezidenti Donald Trampın təkidi və təşəbbüsü sayəsində yenidən danışıqların bərpasının müsbət addım olduğunu qeyd edib. Bildirib ki, bundan sonra İstanbul danışıqları bərpa edilib.

Избранный
27
5
Ajans.az

10Источники