"Neftçi" Polşadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Samir Abasovun komandası AEL (Kipr) komandası ilə qüvvəsini sınayıb və 2:2 hesablı heç-heçə edib.
"Ağ-qaralar"ın qollarına Bassala Sambou (19) və Ramil Şeydayev (90+4) imza atıblar.
Qeyd edək ki, "Neftçi" daha öncə “Hapoel" (Təl-Əviv/İsrail, 1:1) və “Termalika" (Polşa, 2:2) ilə yoxlama matçları keçirmişdi.