RU

Avropada ən populyar avtomobillər açıqlandı - SİYAHI

Mütəxəssislər 2025-ci ilin birinci yarısında Avropada ən populyar avtomobillərin siyahısını tərtib ediblər.

HİT.az xəbər verir ki, siyahının lideri "Dacia Sandero" olub.

"UkrAvtoprom" yazır ki, JATO şirkətinin analitikləri 28 ölkədən məlumatları öyrəniblər. Belə ki, yanvar-iyun aylarında Avropa bazarlarında təxminən 129 min yeni "Dacia Sandero" satılıb.

Eyni zamanda, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu modelə tələbat 11% azalıb.

Avropada ən çox satılan 10 yeni avtomobil:

1. Dacia Sandero – 128 842 ədəd (-11%);
2. Renault Clio – 122 489 əd. (+7%);
3. Peugeot 208 – 109 146 əd. (+2%);
4. VW T-Roc – 106 118 əd. (-5%);
5. VW Golf – 104 162 əd. (-17%);
6. VW Tiguan – 97 508 əd. (+28%);
7. Dacia Duster – 97 188 əd. (+9%);
8. Peugeot 2008 – 96 378 əd. (+3%);
9. Citroen C3 – 95 891 əd. (-9%);
10. Toyota Yaris Cross – 95 513 əd. (-5%).

Samir
 

Избранный
36
hit.az

1Источники