Bakı. Trend:
“Neftçi” bu gün Polşa təlim-məşq toplanışı çərçivəsində sonuncuyoxlama oyununu keçirib.
Trend xəbərverir ki, “ağ-qaralar” Kiprin AEL klubu ilə qarşılaşıblar.
Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Matç Byalobjeqdəyerləşən “Mieyski” stadionunda təşkil olunub.
Bakı klubunun heyətində qolları Bassalu Sambu və Ramil Şeydayevvurub.
Qeyd edək ki, bundan əvvəl “Hapoel Təl-Əviv” (1:1) və“Termalitsa Nyeçetşa” (2:2) ilə qarşılaşan “Neftçi”nin “AsterasTripolis” ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.