RU

SENSASİYA: Rusiya Xəzər Boru Kəmərinə zərbə vurmağa hazırlaşır

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Trampın Hindistandan Rusiya neftinin idxalını dayandırmasını tələb etməsi Moskva üçün milyardlarla dollar itki ilə nəticələnə və onu cavab tədbirləri görməyə sürükləyə bilər.

Globalinfo.az bildirir ki, bu barədə mənbələrə və analitiklərə istinadən “Reuters” xəbər yayıb.

Nəşrin yazdığına görə, Rusiyanın ABŞ və müttəfiqləri üzərində ciddi təsir rıçaqları var. Xüsusən də qismən Amerika şirkətlərinin nəzarətində olan əsas ixrac neft kəmərinin bağlanması imkanları nəzərdən keçirilir. Bu, qlobal enerji böhranının yeni mərhələsinə gətirib çıxara bilər.

Reuters bildirir ki, Moskva tərəfindən ən çox ehtimal olunan addım Qazaxıstandan neftin nəql olunduğu Xəzər Boru Kəməri Konsorsiumunun işini dayandırmaq ola bilər. Bu layihədə böyük paylar Amerikanın enerji nəhəngləri sayılan “Chevron” və “ExxonMobil” şirkətlərinə məxsusdur.

Həmçinin oxuyun:

ABŞ Dövlət Departamentinin rəsmisi Səngəçalda – FOTOLAR

Ekspertlər vurğulayırlar ki, Xəzər Boru Kəməri vasitəsilə çatdırılmaların dayandırılması qlobal bazara əhəmiyyətli təsir göstərəcək. Belə ki, “ExxonMobil”, “Chevron”, “Shell”, “ENI” və “TotalEnergies” kimi şirkətlərdən bu marşrutla gündə bir milyon barelə qədər neft ixrac edilir.

Mütəxəssislərin hesablamalarına görə, Rusiya Prezidenti Vladimir Putin adıçəkilən boru kəmərini bağlasa, neftin qiyməti bir barel üçün 80 dolları keçəcək.

Agentliyin hesablamalarına görə, Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə tədarükün eyni vaxtda məhdudlaşdırılması və Rusiyadan Hindistana neft ixracının dayandırılması bazardan sutkada 3,5 milyon barelə qədər itkiyə səbəb olacaq. Bu da dünya üzrə neft tədarükünün təxminən 3,5%-ni təşkil edir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
67
globalinfo.az

1Источники