RU

Rusiya ilə sülh bu tarixdə imzalanacaq Ukraynalı nazir vaxt açıqladı

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Rusiya ilə müharibə bu il başa çata bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa deyib.

O bildirib ki, Rusiya ilə müharibəyə 2025-ci ildə son qoyulacağına inanır.

“Bununla belə, Rusiya tərəfi sülh danışıqlarında iştirak imitasiyasını davam etdirir. Yalnız yeni əraziləri ələ keçirmək üçün vaxt qazanmağa çalışır. Ancaq Tramp Rusiya prezidenti Vladimir Putinin qorxduğu dünya lideridir. ABŞ-ın tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatı üçün dağıdıcı olmalıdır. Bu gün bütün dünya Amerika prezidentinin vədlərini yerinə yetirib-yetirməyəcəyini izləyir. Hesab edirəm ki, sanksiya təzyiqi sülhü yaxınlaşdıra bilər”.

Sibiqa onu da əlavə edib ki, müharibəyə son qoymaq təkcə Ukraynanın deyil, həm də qlobal güclərin maraqlarına cavab verir.

“Ukrayna hazırda təhlükəsizliyin təminatçısıdır. Müharibənin necə başa çatması Avropanın və digər regionların təhlükəsizliyinə təsir edəcək. Bunu başa düşmək lazımdır və biz Rusiyanı sülhə məcbur etmək üçün birlikdə çalışmalıyıq”, – nazir vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
112
3
globalinfo.az

4Источники