"Sabah"ın yeni müqavilə bağlamadığı Namik Ələskərov yeni təklif gözləyir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 30 yaşlı oyunçu ölkə klublarından aldığı bir neçə təklifi rədd edib. Təcrübəli yarımmüdafiəçi yenidən legioner həyatı yaşamaq istəyir. Namik Türkiyə variantlarını dəyərləndirir.
2021-ci ildə "Neftçi"dən ayrıldıqdan sonra "Bursaspor"a keçən Ələskərov Türkiyəyə yad sima deyil.
O bu klubda cəmi bir il keçirdikdən sonra "Sabah"a keçsə də, qardaş ölkənin aşağı liqasında yaddaşda qalıb. Artıq bir neçə təklif alan həmyerlimiz tezliklə seçimini edəcək.