RU

PAŞA Sığorta KASKO sığortalı müştərisinin 62 300 AZN lik zərərini tam şəkildə ödəyib

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində baş vermiş avtomobil yanğını hadisəsi nəticəsində tam məhvə uğramış nəqliyyat vasitəsi üzrə PAŞA Sığorta tərəfindən 62 300 AZN məbləğində sığorta ödənişi həyata keçirilib. Avtomobil KASKO sığortası ilə tam təmin olunmuşdu.

Hadisə zamanı nəqliyyat vasitəsi hərəkətdə olarkən qəfil tüstülənməyə başlayıb. Sürücü vəziyyəti dərhal dəyərləndirərək avtomobili yolun kənarına çəkib və onu tərk edib. Bir neçə dəqiqə içində alov bütün avtomobili bürüyüb və nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız hala düşüb.

Bu hadisə bir daha göstərir ki, KASKO sığortası nəinki toqquşmalar zamanı, həm də yanğın, oğurluq, təbii fəlakət və digər qəfil risklər zamanı avtomobil sahiblərinə ciddi maliyyə qoruması təqdim edir. Avtomobilin tam məhv olduğu halda belə, müştərinin maddi itkisi minimuma endirilir və sığorta şirkəti üzərinə düşən məsuliyyəti vaxtında və tam şəkildə yerinə yetirir.

PAŞA Sığorta vətəndaşlara avtomobillərini gözlənilməz risklərdən qorumağın ən etibarlı yolu kimi KASKO sığortasını əldə etməyi tövsiyə edir. Hər bir sürücü bilməlidir ki, texniki cəhətdən saz olan avtomobil belə, istənilən anda gözlənilməz risklə üz-üzə qala bilər.

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000- Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) və ya Instagram səhifələrindən də müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
43
1
apa.az

2Источники