RU

İki taksi sürücüsü qumar borcuna görə intihara cəhd etdi VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

İstanbulda 29 və 24 yaşlı iki taksi sürücüsü dost, qumar borclarını ödəyə bilmədikləri üçün 15 İyul Şəhidlər Körpüsünə çıxaraq intihara cəhd ediblər.Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, hadisə anı onların dostları tərəfindən telefonla çəkilib, yaxınlarının müdaxiləsi nəticəsində intiharın qarşısı alınıb.Gecə saatlarında baş verən hadisədə məlum olub ki, hər iki taksi sürücüsü qumar asılılığı səbəbindən böyük məbləğdə borclanıb və çıxış yolu tapa bilməyərək intihara təşəbbüs edib.Hadisə yerinə gələn yaxınları və polis əməkdaşlarının səyləri nəticəsində dostlar intihar fikrindən daşınıb. Sağlıq vəziyyətlərinin yaxşı olduğu deyilən şəxslər profilaktik məqsədlə xəstəxanaya aparılıb.İstanbul Təhlükəsizlik İdarəsinin əməkdaşları hadisəni araşdıraraq sürücülərin kimliklərini müəyyən edib. Onlar H.K. (29) və E.K. (24) adlı şəxslərdir və hər ikisi saxlanılıb.Məlum olub ki, H.K-nin hadisə zamanı 1,65 promil spirtli içki qəbul etdiyi aşkarlanıb. Şübhəlilər barəsində polis bölməsində ifadə alındıqdan sonra hüquqi prosedura başlanılıb.(sonxeber.az)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
avtosfer.az

1Источники