RU

Rusiya tükənir, ABŞ təzyiqi artırır: Putin danışıqlar masasına oturacaq...

ain.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Rusiya  bu gün əlində olan gücdən maksimum istifadə edir. Onun bundan artıq edəcəyi heç nə yoxdur. Hətta Şimali Koreya, Çin və digər  dövlətlərdən dəstək olmasa Rusiyanın hücumları günbəgün zəifləyəcəkdi. Çünki bu gün Rusiyanın hərbi potensialı artıq  tükənib. Əgər hazırda Ukrayna ilə hərbi qarşıdurma vəziyyətində  olan Rusiya ciddi bir nailiyyət əldə edə bilməyibsə, bütün dünya ilə, xüsusən də Amerika ilə qarşıdurma vəziyyətində heç nə əldə edə bilməz".

Bu sözləri Sitat.info-ya açıqlamasında ABŞ-Rusiya münasibətlərindəki son durumu dəyərləndirən ADP sədri Sərdar Cəlaloğlu deyib. 

O bildirib ki, Rusiya artıq Trampın tutduğu mövqedən sonra danışıqlar masasına oturacaq: " Ötən gün Ərdoğan da bəyanat verdi ki, bu iki ölkə arasındakı danışıqlar Türkiyədə olacaq. Görünür həm Rusiya, həm də Ukrayna buna razılıq verib. Kreml artıq Trampın bəyanatlarının nə qədər ciddi olduğunu başa düşür. İranla bağlı da oxşar proses başladıldı, əvvəlcə danışıqlar aparıldı. Danışıqlar dalana dirənən kimi İranın hərbi rəhbərliyi bütünlüklə məhv edildi. Nüvə tədqiqatçıları və nüvə obyektləri də həmçinin məhv edildi. Bu gün də Rusiyanın hərbi rəhbərləri və lazım gəlsə Putinin özü də yerindəcə məhv ediləcək. İmkan verilməyəcək ki, onlar bu müharibəni davam etdirsin".

S.Cəlaloğlunun sözlərinə görə, iki liderin gələcək münasibətləri Putinin münaqişə ilə bağlı verəcəyi qərardan asılı olacaq: "Mənə elə gəlir ki, Tramp-Putin münasibətləri bu münaqişə yoluna qoyulduqdan sonra müsbət istiqamətdə davam edəcək. Amma əgər Putin Kiyevə hücumu və bu işğal siyasətini dayandırmasa sonunda ABŞ-Rusiya qarşıdurması olacaq. Birbaşa qarşıdurma olmasa belə, Avropa-Rusiya münaqişəsinin arxasında ABŞ Rusiyaya qarşı mübarizə aparacaq və qələbə əldə ediləcək". 

Məğrur,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
sitat.info

2Источники