RU

Pərviz daxilən azad, ədalətli, vicdanlı, mərd və riskli insandır Aslan İsmayılov

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün “Gününsəsi.info” saytının təsisçisi və baş redaktoru Pərviz Həşimlinin 44 yaşı tamam olur  

Bu münasibətlə cəmiyyətin müxtəlif üzvləri Pərviz Həşimliyə təbrik məktubları ünvanlayırlar.

Bu təbriklərdən birini də tanınmış hüquqşünas, ictimai-siyasi xadim Aslan İsmayılov ünvanlayıb.

Gununsesi.info sözügedən təbrik mətnini təqdim edir:

”Bu gün 20 ildən artıqdır ki, tanıdığım Pərviz Həşimlinin ad günüdür. Onu tanıyan vaxtlar, səhv etmirəmsə, “BBC”radiosunda çalışan ən gənc jurnalistlərdən biri idi. Sonralar Moderator.az saytını yaratdı. Onun rəhbərliyi dövründə bu sayt da daim neytral, yəni əsl jurnalistika mövqeyi nümayiş etdirdi. Sonralar məhz bu mövqeyinə görə keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qəzəbinə tuş gəldi və məhz ədalətli mövqeyinə, mərdliyinə görə uzun müddətə azadlıqdan məhrum edildi. Azadlıqdan çıxdıqdan sonra da Gununsesi.info saytını yaradıb eyni mövqeyi sərgilədi. Bu gün də Pərviz nə hakimiyyətin, nə də müxalifətin yanındadır və əsl jurnalist peşəsinə sadiqdir. Həyatımın ən çətin günlərində haqqımda baş verən qanunsuzluqlara dair Ramiz Mehdiyev-Əli Həsənov dəstəsindən çəkinmədən obyektiv məlumatlar yaydı. Pərviz daxilən azad, ədalətli, vicdanlı, mərd və riskli insandır. Əsl jurnalist isə məhz bu keyfiyyətlərin daşıyıcısı olmalıdır. Məhz bu keyfiyyətlərinə görə o, vaxtilə məni, bu gün isə həbsdə olan jurnalistləri – Ələsgər Məmmədlini, Əziz Orucovu, Ramin Cəbrayılzadə (Deko), Müşfiq Cabbarovu, Sevinc Vaqifqızını, Natiq Cavadovu və başqalarını da müdafiə edir. Çox təəssüf edirəm ki, bu gün əməkdar jurnalist adı daşıyanların əksəriyyəti sadaladığım keyfiyyətlərdən məhrumdurlar. Elə məhz ona görə də vaxtilə R.Mehdiyev-Ə.Həsənovun xeyir duası ilə bu adları alanlar işdən azad olunan kimi onları ən aşağılayıcı ifadələrlə təhqir etdilər, sanki bu adları alana qədər onlara gül çələngləri göndərənlər bunlar deyildi.

Ona görə də bu gün adını çəkdiyim tandemin yerində olanlar bilsinlər ki, nə vaxtsa onları da bu aqibət gözləyə bilər və o zaman onların haqqını müdafiə edənlər məhz Pərviz kimi jurnalistlər olacaq, ən azından əminəm ki, arxalarınca təhqir yağdırmayacaqlar.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
icma.az

1Источники