RU

Belarus Ukrayna ilə sərhəddə yeni desant-hücum briqadası yaradır

Belarus Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) Ukrayna ilə sərhəddə yerləşən Qomel vilayətində yeni desant-hücum briqadasının formalaşdırılmasına başlayıb. Bu barədə XƏQ-in komandanı, general-mayor Vadim Denisenko BelTA agentliyinə açıqlamasında bildirib.

News365.az -ın məlumatına görə, komandanın sözlərinə görə, hazırda XƏQ-in tərkibinə zenit-raket polku daxil edilib. Bundan əlavə, reaktiv-artilleriya polkunun yaradılması prosesi başa çatmaq üzrədir. “Hazırda bu polk 70 faiz hazırdır. Paralel olaraq, idarəetmə briqadasının yaradılması məsələsi də gündəmdədir,” – deyə Denisenko qeyd edib.

O vurğulayıb ki, Belarus Silahlı Qüvvələri cənub istiqamətində – Ukrayna ilə sərhədyanı bölgədə hərbi potensialın gücləndirilməsi qərarını verib. Bu məqsədlə ayrıca desant-hücum briqadası yaradılacaq və onun formalaşdırılmasına artıq start verilib.

News365.az

Избранный
17
news365.az

1Источники