RU

Aİ-də pasportlara vurulan ştamplar biometrika ilə əvəz olunacaq

Bakı.Trend:

Oktyabrın 12-dən etibarən Avropa İttifaqının hüdudlarına daxilolan və onları tərk edən insanların pasportlarına ştampvurulmayacaq. Bu prosedur biometrik yoxlanışla əvəzlənəcək.

Bu barədə Trendxarici KİV-ə istinadən xəbər verir.

Yeni EES (Entry-Exit Sistem/ Giriş-çıxış sistemi) sistemiənənəvi sənəd yoxlanışını əvəzləyəcək, belə ki, artıq Aİsərhədlərində insanların barmaq izləri və üzləri skan olunacaq.

Bu sistem üzv dövlətlərdə altı ay ərzində mərhələli şəkildətətbiq ediləcək, buna görə də tam şəkildə yalnız 10 aprel 2026-cıildə istifadəyə veriləcək.

Yeni qaydalara görə, Aİ-yə üzv olmayan vətəndaşlar, o cümlədən,Böyük Britaniya vətəndaşları, Aİ ölkəsinə daxil olmaq üçün pasportməlumatları ilə birlikdə biometrik məlumatlarını da qeydiyyatdankeçirməlidirlər. Biometrik məlumat təqdim etməkdən imtina edənlərəAİ-yə giriş qadağan ediləcək.

Məqalədə:
Избранный
17
1
az.trend.az

2Источники