31 iyul 2025 -ci il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri Azərbaycan Dəmir Yolları Qapalı Səhmkar Cəmiyyətinin Rəhbərliyi ilə Görüş-Dinləmə keçirdi.
QHT.az xəbər verir ki, İctimai Şura üzvlərini salamlayan ADY QSC Sədri Rövşən Rüstəmov ADY- kollektivinin son dövrdə bir sıra prioritet istiqamətlərdə nəzərəcarpacaq nəticələr əldə etməyini, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, cevikliyin və həcmin artırılması, infrastrukturun mərhələli təmiri və yenilənməsi barədə ətraflı məlumat verdi. Eyni zamanda rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi ön planda olduğunu, sərnişinlər ücün onlayn bilet satışı sisteminin təkminləşdirilməsi , yük daşımalarının rəqəmsal platformalar üzərindən idarə olunması, texniki nəzarət və diaqnostika proseslərinin avtomatlaşdırılması bu istiqamətdə atılan mühümm addımlardan söhbət acdı. Gələcəyə baxış isə daha da iddialıdır. Bakı-Tbilisi- Qars və Orta Dəniz üzrə daşımaların genişləndirilməsi , eləcə də müasir loqistika mərkəzlərinin qurulması haqda da məlumat verdi. Sonra isə ADY QCS-in mütəxəsisləri İctimai Şura üzvlərinin coxlu süallarını cavablandırdılar. Sonda İctimai Şuranın Sədri Siruz Abasbəyli bu görüşün təşkilatcəlarına təşəkkür edərək, ADY-rəhbərliyinin İctimai Nəzarətə acıq oldugunu sözlə yox, əməllə nümayiş etdirdiyini bildirərək,bu görüşün təkcə bir tədbir olaraq qalmayacagını, davamlı dialoqun, qarşılıqlı etimadın yeni mərhələsinə kecid olacagına ümid bəslədiyini dedi.