“Çelsi” heyətdə ciddi dəyişikliklər edəcək.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Enzo Mareska radikal qərar qəbul edib. İtaliyalı mütəxəssis 15 futbolçunun klubdan ayrılmasını istəyir.
Kistofer Nkunku, Aksel Disasi, Benua Badyaşil, Lesli Uqoçukvu, Ben Çiluell, Rahim Sterlinq, Alfi Qilkrist, Karni Çukvuemeka, Kirnan Dyusberi-Hol, Nikolas Cekson, Mark Qui, Renato Veyqa, Aaron Anselmino, Armando Broya və David Datro Fofana təcrübəli çalışdırıcının gələcək planlarına daxil deyil.
Rəhbərlik bu oyunçuları satmaq və ya icarəyə vermək barədə düşünür.