RU

"Leypsiq"dən Xavi üçün əvəzedici

Bundesliqa təmsilçisi "Leypsiq" ayrılığı gündəmdə olan Xavi Simons üçün əvəzedici tapıb.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubu "Çelsi"yə keçidi ehtimal olunan niderlandlı yarımmüdafiəçinin yerinə "Lester Siti"nin şərəfini qoruyan Bilal El Xannusu heyətinə qatmaq istəyir.

26 milyon avro dəyəri olan futbolçu ilə həmçinin "Lids", "Kristal Pelas", "Vest Hem" və "Əl-Əhli" klubları da maraqlanır.

Qeyd edək ki, Bilal El Xannus ötən mövsüm "Lester" forması ilə çıxdığı 36 matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

"Zirə"ni keçdilər, Rebiçi aldılar

"Qalatasaray" "Napoli" ilə anlaşdı - Rəsmi

"Beşiktaş"dan Moskva klubuna

"Qalatasaray" Osimhendən sonra Edersonu da İstanbula gətirir - Detallar

Brahim Diaz "Fənərbaxça"ya keçir?

Избранный
14
1
apasport.az

2Источники