RU

AQTA bir sıra ölkələrin qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyini tanıyıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)tərəfindən Almaniya Federativ Respublikası, Amerika BirləşmişŞtatları, Argentina Respublikası, Avstriya Respublikası, BirləşmişƏrəb Əmirlikləri, Çin Xalq Respublikası, Çex Respublikası, EstoniyaRespublikası, İspaniya Krallığı, İsveç Krallığı, İsveçrəKonfederasiyası, İtaliya Respublikası, Norveç Krallığı, ÖzbəkistanRespublikası, Polşa Respublikası, Səudiyyə Ərəbistanı Krallığı,Yaponiya və Yeni Zelandiyanın qida təhlükəsizliyinə nəzarətsistemlərinin ekvivalentliyi tanınıb.

Trendxəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, bu barədə Agentlik tərəfindən müvafiq qərar qəbuledilib.

"Yüksək riskli qida məhsulları istehsal edən həmin ölkələrinmüəssisələri bundan sonra əlavə qiymətləndirmə aparılmadanAzərbaycan Respublikasına məhsul ixrac edə biləcəklər. Belə ki,ekvivalentliyi tanınmış ölkələrin səlahiyyətli qurumları tərəfindənmüəssisələrin təsdiqinə dair təqdim edilən rəsmi məlumatlar və yamüvafiq sənədlər Agentliyə təqdim olunduğu halda, bu müəssisələrinyenidən təsdiqinə ehtiyac qalmır. Qərarın qəbulundan əvvəl Agentliktərəfindən həmin ölkələrin qida təhlükəsizliyi sistemləriqiymətləndirilib, ticarət dövriyyəsi zamanı müşahidə olunan qidatəhlükəsizliyi sahəsində uyğunsuzluqların statistikası nəzərəalınıb.

Qərara əsasən, tanınma üçün əsas götürülən meyarlara uyğunsuzluqhalları aşkarlandıqda və ya həmin ölkələrdən Azərbaycana insan vəheyvan sağlamlığı üçün təhlükəli olan qida və yem məhsullarınınixracı halları təkrarlandığı təqdirdə, müvafiq ölkənin qidatəhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyinin ləğv olunmasıməsələsi Agentliyin Kollegiyasında müzakirəyə çıxarılacaq.

Ümumilikdə bu qərar Azərbaycan ilə adıçəkilən ölkələr arasındaqida məhsullarının ticarət dövriyyəsinin genişlənməsinə töhfəverəcək",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Избранный
7
11
az.trend.az

10Источники