RU

Bu ölkədə turist böhranı BAŞ VERDİ

İtaliyanın şimalındakı Dolomit dağları sosial media fenomenlərinin paylaşımı ilə turist axınına uğrayıb. Yerli əhali isə bu vəziyyətə qarşı hərəkətə keçərək dağlara turnikeli keçid sistemi qurub. Hazırda keçid üçün 5 avro tələb olunsa da, kəndlilər bu məbləğin 100 avroya qədər artırılmasını istəyir.

News24.az xəbər verir ki, ən gözəl foto üçün gizli sahələrə izinsiz keçən turistlər bölgə sakinlərini bezdirib. Kəndlilər isə bunu gəlir məqsədi ilə deyil, təbiətin qorunması və nizam-intizam üçün etdiklərini bildirir. Lakin turizmlə dolanan bölgədə bəzi rəsmilər bu sistemin ziyarətçiləri uzaqlaşdıracağından narahatdır.

Qanunlar təbiət parklarına girişin pulsuz olduğunu desə də, xüsusi mülklərlə bağlı məhdudiyyət yoxdur. Sosial media fenomenlərinin yaratdığı təzyiq, Dolomitlərdə təbiəti və sakinlərin səbrini sarsıdır.

Xeyrənsə Piriyeva

Избранный
72
1
news24.az

2Источники