RU

Aşıq Namiq müğənniyə SƏSLƏNDİ: “Dilin qurumaz ki, bir dəfə desən…”

“Dilin qurumaz ki, bir dəfə deyəsən ki, təzə oxuduğum vaxtlarda məni efirə Namiq çıxarıb.”
Yenicag.az xəbər verir ki, bu sözləri aşıq Namiq Fərhadoğlu “Xəzər axşamı” verilişində deyib.
O, ilk dəfə efirə çıxardığı müğənni Nəfəsdən incikliyini dilə gətirib və səbəbini açıqlayıb:
“Dilin qurumaz ki, bir dəfə deyəsən: ‘Təzə oxuduğum vaxtlarda məni efirə Namiq çıxarıb, dəstək olub’. Əlim də düşərli oldu. 3-4 il əvvəl bir eloğlumuz vardı, dedi, Nəfəs xanımı xeyir işimizə çağırmaq istəyirik. Nəfəsə dedim, gələrsən? Dedi, gəlib oxuyaram. Dedim, onlara qiymət 3 min demisən, bəs mənə görə nə qədər çıxarsan? Dedi, 100 manat. Dedim, çox sağ ol. Amma mənim verilişim ödənişli ola-ola onu efirimə pulsuz çıxarmışam.”
Nehru
Избранный
34
yenicag.az

1Источники