RU

PUA Akademiyasının buraxılış mərasimi keçirilib

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin Pilotsuz Uçuş Aparatları (PUA) Akademiyasında PUA mütəxəssislərinin hazırlığı kursunun buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Herbiand.az-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Tədbirdə çıxış edən polkovnik Mobil Ovçiyev məzunları Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonda kursu bitirən hərbi qulluqçulara sertifikatlar təqdim olunub.

Избранный
45
13
herbiand.az

10Источники