RU

ABŞ-ın Türkiyə ilə bağlı yeni qərarı! Tramp imzaladı

ABŞ prezidenti Tramp Türkiyə və bir çox başqa ölkələrə əlavə gömrük rüsumlarının tətbiqi ilə bağlı fərmanı təsdiqləyib.

Turkustan.az xəbər verir ki, yayımlanan cədvəldə Türkiyəyə 15% əlavə gömrük rüsumunun tətbiq ediləcəyi göstərilir. Fərman yeddi gün ərzində qüvvəyə minəcək və Türkiyədən ABŞ üçün nəzərdə tutulan bütün məhsullara şamil ediləcək.

İmzalanan qərarda hər bir ölkə üçün 10 faizdən 41 faizədək vergi dərəcələri müəyyən edilib. Ən yüksək vergi dərəcələrinə tabe olan ölkələrin siyahısına Suriya başçılıq edir. Müvafiq olaraq, Böyük Britaniya 10 faiz, İsveçrə 39 faiz, Hindistan 25 faiz, İsrail və Yaponiya yüzdə 15, Suriya yüzdə 41, Cənubi Afrika isə yüzdə 30 əlavə rüsumla üzləşəcək.

Aytən Yaşar/ Turkustan.az

Избранный
21
turkustan.az

1Источники