Növbəti mövsüm üçün heyətini formalaşdırmağa çalışan “Kəpəz” yeni transfer reallaşdırıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu keçmiş oyunçusu Olavale Onanuqa ilə razılığa gəlib.
Nigeriyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
27 yaşlı yarımmüdafiəçi növbəti həftənin ilk günü köhnə-yeni komandasının düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Onanuqa 2023-cü ilin yayında "Kəpəz"ə transfer olunaraq bir mövsüm qərb təmsilçisinin heyətində çıxış edib. O, Gəncə klubundan ayrıldıqdan sonra Küveyt "Əl-Nəsr"inə transfer olunub. Sözügedən komandada yarım mövsüm oynadıqdan sonra qışda İsrailin "Bney Yehuda" komandasına keçib. O, qışdan bəri Təl-Əviv təmsilçisinin heyətində 17 oyuna çıxıb.
Onanuqa "Kəpəz"də keçirdiyi 2023/2024 mövsümündə Premyer Liqa və ölkə kubokunda ümumilikdə 29 oyuna çıxaraq 2 qol, eləcə də 2 məhsulıdar ötürmə ilə yadda qalıb.
Mirağa