RU

Tanınmış aparıcı illərdir çalışdığı kanaldan qəfil ayrıldı FOTO

ain.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin tanınmış aparıcısı Nur Viral, uzun illər aparıcılıq etdiyi Beyaz TV-də yayımlanan “Hayatta Her Şey Var” proqramından ayrıldığını açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, sosial media vasitəsilə verdiyi mesajla bu qərarı izləyiciləri ilə bölüşən Nur Viral, “Yeni hekayələr üçün bu gözəl yolculuğa bir vergül qoyuram” sözləri ilə ayrılığı təsdiqləyib.

Aparıcı 27 iyun tarixində yayımlanan sezon finalı ilə birlikdə proqramına vida edib. Uzun müddətdir gündəlik yayımlanan proqramda evlilik, ailə həyatı və şəxsi münasibətlər kimi mövzuları müzakirə edən Nur Viral, proqramı gözlənilmədən dayandıraraq tamaşaçılarını təəccübləndirib.

Hazırda öz “YouTube” kanalında fəaliyyətini davam etdirən Nur Virala müxtəlif televiziya kanalları və prodüserlər tərəfindən çoxsaylı təkliflər gəldiyi bildirilir. Aparıcı Show TV, NOW və TYT kimi böyük kanallarla yanaşı, bir sıra prodüserlərlə də danışıqlar aparır.

Yeni mövsümdə Nur Viralın hansı kanalla əməkdaşlıq edəcəyi və hansı formatda efirə qayıdacağı isə hələlik müəyyən deyil.

İzləyiciləri sevilən aparıcının ekranlara hansı layihə ilə geri dönəcəyini maraqla gözləyirlər.

Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
tribunainfo.az

2Источники