7NEWS.az xəbər verir ki, yeni elmi araşdırma insan orqanizmində qocalma prosesinin əvvəllər düşünüldüyündən daha tez başladığını ortaya çıxarıb. Çin alimlərinin apardığı araşdırmaya görə qocalmanın ilk bioloji əlamətləri 30-cu yaşlarımızda görünməyə başlayır. Ancaq əsl akselerasiya 45-55 yaş arasında baş verir.