RU

Ağ Ev xəbərdarlıq etdi, Moskvanın dostu geri çəkildi – Böhran anonsu

Hindistanın dövlət neft emalı zavodlarının Rusiya neftinin alışını dayandırdığı barədə məlumatlar yayılıb. Maraqlıdır ki, Hindistan Rusiya neftinin ən

böyük alıcılarından biridir.

ABŞ-ın Moskvaya birbaşa xəbərdarlığı, bu ölkə ilə ticarət əlaqələr olan dövlət və şirkətlərə qarşı sanksiya tədbirləri görüləcəyinə dair bəyanatından

sonra Dehlinin addımı diqqət çəkir.

Hindistanın bu qərarı Rusiyaya necə təsir edəcək? Bu ölkə neft ehtiyaclarını başqa hansı yollarla qarşılaya bilər?

Referans xəbər verir ki,globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova bildirib ki, ABŞ Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün

bütün imkanlarından istifadə edir:

“Bu istiqamətdə atılan əsas addım Rusiyanın iqtisadi cəhətdən daha da sıxışdırılmasıdır. Məqsəd odur ki, Rusiya nə silah istehsal edə bilsin, nə də

məhsullarını sataraq gəlir əldə etsin. Vaşinqton bu xətt üzrə hərəkət edir. Prezident Donald Tramp Rusiya lideri Vladimir Putinə 50 gün vaxt

vermişdi. Bu müddət ərzində Rusiya ordusu Ukraynanın bir sıra ərazilərinə intensiv bombardmanlar həyata keçirdi. Lakin sonradan verilən müddət

10 günə endirildi. Bu dövr ərzində Moskvaya qarşı genişmiqyaslı sanksiyalar paketi hazırlanıb. Sanksiyaların əsasını Rusiyanın yeraltı təbii

sərvətləri, xüsusən də neft və qazının satışına məhdudiyyətlər təşkil edir”.

Politoloq qeyd edib ki, Rusiyanın ən böyük neft alıcısı Hindistan deyil, Çindir:

Prezident “Rossiya Seqodnya”ya müsahibə verdi – TAM MƏTN / FOTOLAR

“Rusiyanın nefti ucuz satmasının əsas səbəbi də budur. Hindistana qarşı rus neftinin alınması ilə bağlı sanksiyaların tətbiqi bu ölkənin daxili

bazarında ciddi problemlər yaradacaq. Rusiya dünya bazarına dəyərindən daha ucuz neft və qaz təqdim edir və bu gəlirlər hesabına artıq üç ildir

ki, müharibəni davam etdirə bilir. Hindistan bazarında fəaliyyət göstərən şirkətlərin də bu sanksiyalardan ciddi şəkildə təsirlənəcəyi gözlənilir.

ramiye
Ramiyə Məmmədova

Nəticədə inflyasiya qaçınılmaz olacaq, çünki alıcılar ucuz mal yox, daha bahalı məhsula yönəlmək məcburiyyətində qalacaqlar. Hindistan da öz

prioritetlərini bəyan edərək bildirib ki, əgər başqa ölkələr neft təklif edərsə, Rusiya neftindən imtina edə bilər. Hazırda bu məsələ gündəmdə qalır”.

Ramiyə Məmmədovanın fikrincə, proses Rusiya-Hindistan münasibətlərinə də təsirsiz ötüşməyəcək:

“Kreml anlayır ki, Dehli Ağ Evin təsirindən tamamilə kənara çıxa bilməyəcək. Hindistan alternativ mənbələrdən ucuz neft əldə etməyə çalışacaq.

Hətta bəzi hallarda başqa ölkələrin neftini alaraq onun mənşəyini dəyişdirib müxtəlif xarici şirkətlərə satmaqla gəlir əldə etməsin də mümkündür. Bu cür sxemlərlə Rusiya nefti yenə də satışa çıxarılacaq. Hazırda dünyada ən ucuz və keyfiyyətli neft Rusiyaya məxsusdur. Bu neft bəzən

Ermənistan, Türkiyə, Qazaxıstan və ya digər ölkələrin adı altında satışa çıxarılır. Hindistan da bu üsula əl ata bilər”

Избранный
49
1
referans.az

2Источники