RU

Baş prokuror paytaxtın Xətai rayonunda vətəndaşların müraciətlərini dinləyib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 1-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Xətai Rayon Prokurorluğunun inzibati binasında Xətai rayonundan və digər bölgələrdən olan vətəndaşların müraciətlərini dinləyib. 33 vətəndaşın müraciəti ilə bağlı konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
80
49
azertag.az

10Источники