RU

Simpsonlar yenidən GÜNDƏMDƏ

Dünyaca məşhur Simpsonlar animasiya serialı sadəcə komediya deyil, zaman-zaman gələcəklə bağlı verdiyi “proqnozlarla” da diqqət mərkəzindədir. 36 ildir fasiləsiz yayımlanan və dünyanın bir çox ölkəsində fenomenə çevrilən serialın yaradıcısı, 71 yaşlı Matt Groening, bu dəfə proqnozları birbaşa özü səsləndirib. O, San Diego Comic-Con tədbirində Simpsonların 37-ci mövsümünü təqdim edərkən həm serialın gələcəyi, həm də dünya ilə bağlı ironiya dolu təxminlərini bölüşüb.

News24.az xəbər verir ki, Groening bildirib ki, əvvəllər serialın 36-cı mövsümdə sona çatacağını düşünürdü, lakin belə görünür ki, Simpsonlar hələ uzun müddət davam edəcək: 

“Birimiz dünyadan köçənə qədər davam edəcəyik kimi görünür.”

Tədbirdə ən çox diqqət çəkən hissələrdən biri isə Matt Groening-in ironik “kehanətləri” oldu. Keçmiş ABŞ prezidenti Donald Trampın ölümündən sonra yaşanacaqları belə təsvir edib:

“Malum şəxs öldükdə küçələrdə rəqs ediləcək. Ta ki Prezident Vance çıxıb rəqsi qadağan edənə qədər…”

Daha sonra Elon Musk-la bağlı açıqlaması gələcəkdə çox danışılacaq kimi görünür:

 “Simpsonlar’a görə Elon Musk Marsa ayaq basan ilk insan olacaq. Amma qəza enişi ilə. Orada əbədilik qalacağını telsizlə bildirəcək. Ən duyğulu an isə... Dünyadan gələn alqışları Marsdan eşidə biləcək.”

Groening-in sosial və siyasi mesajlarla zəngin son təxminləri isə diqqət çəkib:

 “Amerika bir gün Azadlıq Heykəlini Fransaya geri qaytaracaq. Bu, Şimali Amerikanın ‘azadlıq’ sözünün mənasını yenidən dərk etməsinə səbəb olacaq. Uşaqlar isə MAGA (Make America Great Again) ideologiyasına qapılmış valideynlərini xilas edəcək. Necə? Televizorun pultunu götürün, menyuya girin, kanal siyahısını açın və Fox News-u silin.”

Matt Groening-in bu yumorlu, eyni zamanda düşündürücü çıxışı, Simpsonlar serialının sadəcə bir animasiya deyil, sosial və siyasi reallıqlara güzgü tutan bir mədəniyyət fenomeni olduğunu bir daha sübut etdi. Görünən odur ki, serial yeni mövsümlərdə də həm güldürəcək, həm də düşündürəcək.

Xeyrənsə Piriyeva

Избранный
60
1
news24.az

2Источники