RU

Kamala Harris Ağ Evdən ayrıldıqdan sonra aylarla xəbərlərə baxmyıb

ABŞ-ın sabiq vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris “The Late Show” proqramında çıxışı zamanı Ağ Evdən ayrıldıqdan sonra aylarla xəbər izləmədiyini etiraf edib. 

HİT.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.

Harris aparıcı Stiven Kolberin “xəbərləri yenidən izləməyə nə qədər fasilə verdiniz?” sualına cavab olaraq sadəcə “aylarla” deyə cavab verib. O, bu müddət ərzində televiziyada əsasən kulinariya verilişlərinə baxdığını bildirib.

2024-cü ilin aprelində "The New York Times" öz mənbələrinə istinadla xəbər vermişdi ki, Harris 2026-cı ildə vəzifədən gedəcək demokrat Qavin Nyusomun yerinə Kaliforniya ştatının qubernatoru postuna namizədliyini irəli sürməyi planlaşdırır. Qubernator seçkilərinin 3 noyabr 2026-cı ildə keçirilməsi nəzərdə tutulur.

Məlumata görə, Harris partiyadaşlarına bildirib ki, Kaliforniya qubernatoru kimi ABŞ Prezidenti Donald Trampın siyasi kursuna qarşı çıxmaq və demokrat dəyərlərini qorumaq imkanına malik olacaq.

Lakin 30 iyul tarixində Kamala Harris bu seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.

Samir
 

Избранный
40
hit.az

1Источники