RU

Bu qadınlara hər uşağa görə aylıq müavinət 2018-2025-ci illərdə 4 dəfədən çox artıb

2018-2025-ci illərdə icra olunan davamlı sosial islahatlar beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinətin 4,2 dəfə artaraq 33 manatdan 140 manata çatmasına imkan verib.

Qaziler.az xəbər verir ki, bu barədə nazirliyin məlumatında qeyd olunub.

Həmçinin qeyd edilən dövrdə ailə başçısını itirməyə görə aylıq müavinət  2,5 dəfə artırılaraq 55 manatdan 140 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) aylıq müavinət 2,8 dəfə artırılaraq 50 manatdan 140 manata çatdırılıb.

1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinətdə də ciddi artım özünü göstərib. 2018-ci illə müqayisədə bu müavinət 45 manatdan 140 manata çatdırılmaqla, 3,1 dəfə artırılıb.

Избранный
28
4
qaziler.az

5Источники