RU

Klublarımızın oyunlarına təyinatlar açıqlandı

Azərbaycanın “Sabah” və “Araz-Naxçıvan” komandalarının UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki oyunlarının təyinatları müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Bolqarıstanda “Levski” (Sofiya) və “Sabah” komandaları arasında keçiriləcək ilk oyun Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Duye Strukana Alen Yakşiç və Maryan Tomas yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Ante Terziç yerinə yetirəcək. VAR-da Mario Zebets, AVAR-da Ante Tsulyak əyləşəcək.

Avqustun 7-də Sofiyada keçiriləcək “Levski” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra Bakıda baş tutacaq.

Bu komandaların cavab oyununu isə Ukraynadan olan hakimlər briqdası idarə edəcək. “Bank Respublika Arena”da baş tutacaq və saat 20:00-da başlayacaq matçı Mikola Balakin idarə edəcək. Ona yan xətt hakimləri Aleksandr Berkut və Viktor Matyaş kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək.

Bakıda “Araz-Naxçıvan” və Kiprin “Omoniya” komandaları arasında keçiriləcək ilk oyunu çexiyalı hakimlər idarə edəcəklər. Görüşün baş hakimi FIFA referisi Ondrey Berka olacaq.

Ona İvo Nadvornik və Yan Vanya kömək göstərəcək. Dördüncü hakim funksiyasını Ondrey Peçaneç yerinə yetirəcək. VAR-da Tomas Koçurek, AVAR-da Miroslav Zelinka əyləşəcək.

Qarşılaşma avqustun 7-də “Dalğa Arena”da, saat 20:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada keçiriləcək. Həmin oyunda Danimarkadan olan hakimlər iş başında olacaqlar. Baş hakim Yakob Kehlet olacaq. Ona Lars Hummelqard və Martin Markus kömək edəcəklər. Dördüncü hakim Mikkel Putros olacaq.

 

Избранный
31
1
qafqazinfo.az

2Источники