Arif Babayevdə həm ümumxalq sevgisi, həm də dövlət sevgisi var idi.
Far.Az xəbər verir ki, bunu xalq artisti Mənsum İbrahimov Arif Babayevin vida mərasimində deyib:
"Bizim ümidimiz var idi ki, Arif müəllim bizim aramıza qayıdacaq. O bir mədəniyyət ordusu yetişdirib.
Bu gün konservatoriyanın 90%-i demək olar ki, onun tələbəsidir.
O çox böyük şəxsiyyət idi".