RU

Arif Babayevi yaşından asılı olmayaraq bütün Azərbaycan xalqı sevib NAZİR DANIŞDI

Sia Az saytına istinadən ain.az xəbər verir.

“Arif Babayevi yaşından asılı olmayaraq bütün Azərbaycan xalqı sevib. Ölüm xəbəri artıq bir çox yerə yayılıb və biz yaxın, dost, qardaş ölkələrdən başsağlıqları alırıq. Bu onu göstərir ki, dəyərli insan, dəyərli ziyalımız Azərbaycan sənətini, muğamını dünyaya layiqincə tanıdıb. Biz bu gün böyük bir sənətkarımızı itirdik, lakin onun xatirəsi hər birimizin yaddaşında əbədi yaşayacaq". SİA xəbər verir ki, bu sözləri Muğam Mərkəzində Arif Babayevlə keçirilən vida mərasimi zamanı Mədəniyyət naziri Adil Kərimli bildirib.

Onun sözlərinə görə, möhtərəm Prezident cənab İlham Əliyev Arif Babayevin vəfatı ilə bağlı rəsmi başsağlığı elan edib: "Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev də Arif Babayevin sənətinə və şəxsiyyətinə hər zaman yüksək qiymət verib, ona xüsusi diqqət və qayğı ilə yanaşıb. Qeyd edək ki, Arif Babayev Azərbaycan muğam məktəbinin formalaşmasında mühüm rol oynamış, bir çox gənc xanəndənin yetişməsində pedaqoq kimi silinməz iz qoymuş sənətkarlardandır. Onun sənəti və irsi Azərbaycan musiqi mədəniyyətinin dəyərli səhifəsi olaraq daim yaşayacaq" - deyə nazir vurğulayıb.

Müəllif: Fatimə Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
1
sia.az

2Источники