RU

“Günaybank”ın əmlakı hərraca çıxarıldı - DETALLAR

Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan “Günaybank” ASC-yə məxsus daşınmaz əmlak açıq hərrac vasitəsilə satışa çıxarılır.

Müflis olan bankın əmlakları hərraca çıxarılır - QİYMƏTLƏR

FED.az xəbər verir ki, 13 avqust 2025-ci il tarixində, saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə baş tutacaq hərracda Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 3a ünvanında yerləşən 270,6 kvadratmetrlik qeyri-yaşayış sahəsi təklif olunacaq. Obyektin ilkin satış qiyməti 800 000 manat olaraq müəyyənləşdirilib.

Hərrac şərtlərinə əsasən, satış qiymətinin 5%-i məbləğində beh yəni 40 000 manat hərrac təşkilatına əvvəlcədən ödənilməlidir. Əmlak satıldıqdan sonra qalan məbləğ 7 təqvim günü ərzində sifarişçinin hesabına tam şəkildə köçürülməlidir.

Açıq hərracda iştirak etmək istəyən fiziki şəxslər şəxsiyyət vəsiqəsi ilə, hüquqi şəxslər isə təsis sənədləri ilə birlikdə müraciət etməlidirlər.

Hərracın ünvanı: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 27 (“AVİS” aptekin arxası)
Əlaqə nömrəsi: 055-206-66-67

Избранный
38
fed.az

1Источники