RU

Trampın “qızıl” mirası: Ağ Evdə lüks zalın inşasına start verilir

İndi Ağ Evdə ikinci müddətində olan prezident Tramp çoxdankı arzusu olan 200 milyon dollarlıq zalını tikməyə hazırlaşır.

Turkustan.az xəbər verir ki, Ağ Evin sözçüsü Leavit layihənin sentyabrda başlayacağını açıqlayıb və tikintinin Trampın səlahiyyət müddəti bitmədən başa çatacağını bildirib. Ağ Evdə əylənmək üçün geniş miqyaslı balo zalının olmamasından uzun müddət təəssüflənən Tramp "Bu, gözəl bir miras layihəsi olacaq" dedi.

Yanvar ayında 4 illik fasilədən sonra Ağ Evə qayıdan ABŞ prezidenti Donald Tramp Oval Ofisdə etdiyi "qızıl" dəyişikliklərin ardınca Ağ Evdə bu günə qədər ən təsirli dəyişikliyi etməyə hazırlaşır.

Ağ Evin sözçüsü Karolin Leavitin verdiyi açıqlamaya görə, ABŞ prezidenti Tramp Ağ Evdə 200 milyon dollarlıq balo zalının tikilməsinə hazırlaşır.

Ağ Evin sözçüsü Leavitt bildirib ki, 8360 kvadratmetrlik obyektdə işlər 2029-cu ilin yanvarında Trampın dörd illik səlahiyyət müddətinin başa çatmasından "çox əvvəl" tamamlanacaq.

Leavitt bildirib ki, oradakı ofislər, o cümlədən birinci xanım Melaniya Trampın istifadə etdiyi ofis müvəqqəti olaraq başqa yerə köçürüləcək. 650 yerlik bal zalının 200 milyon dollarlıq dəyəri Tramp və digər donorlar tərəfindən maliyyələşdiriləcək. Sentyabr ayında təməlqoyma gözlənilir.

Aytən Yaşar/ Turkustan.az

Избранный
36
turkustan.az

1Источники