RU

PKK-nın tərksilahı üzrə komissiyası avqustun 5-də işə başlayacaq

BAKI, 1 avqust. TELEQRAF

Türkiyə parlamentinin PKK terror təşkilatının tərksilahı üzrə komissiyasının ilk iclası avqustun 5-nə təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə parlament sədri Numan Kurtulmuş məlumat verib.

“Komissiyanın bütün üzvlərini avqustun 5-də keçiriləcək ilk iclasına dəvət edirəm”, - spiker bildirib.

Parlamentdə təmsil olunan bütün partiyaların millət vəkillərinin daxil olacağı komissiyanın PKK-nın tərksilahı prosesinin qanunvericilik bazasının hazırlanması üzərində işləyəcəyi daha əvvəl bildirilmişdi. Parlament oktyabr ayında payız sessiyasına toplaşanda antiterror aktlarına və cəzaların icrası ilə bağlı qanuna dəyişikliklər də daxil olmaqla, təkliflərini hazırlayacaq.

Избранный
19
teleqraf.com

1Источники