RU

Azərbaycanda evlənmək çətinləşir: Bu halda...

Xəbər verdiyimiz kimi, Azərbaycanda nikahın qeydə alınması üçün yeni sənədlər tələb olunur.

Qanunla müəyyən olunmuş qaydada qohum evliliklərinin qarşısını almaq üçün nikaha daxil olmaq istəyən vətəndaşların özlərinin və valideynlərindən doğum haqqında şəhadətnamələr istənilir.

Bəs vətəndaş atasının və ya anasının doğum haqqında şəhadətnaməsini təqdim edə bilmirsə, bu halda nikah necə rəsmiləşdirilə bilər?

Mövzu ilə bağlı Ədliyyə Nazirliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq verilən məlumata görə, nikahın qeydə alınması üçün vətəndaşın atasının və ya anasının doğum haqqında şəhadətnaməsi tapılmadıqda əlavə məlumatlar tələb edilə bilər və bu barədə vətəndaşa məlumat verilir:

“Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqələrinin mövcud olması qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılır.

Bu məlumatların informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda nikaha daxil olmaq istəyən şəxslərin və onların valideynlərinin doğumu haqqında şəhadətnamələrin surəti nikaha daxil olmaq haqqında ərizəyə əlavə edilir.

Valideynlər doğum haqqında şəhadətnaməsini itirdiyi halda özləri (onlar öldükdə isə vərəsələri) seçdiyi yer üzrə qeydiyyat şöbəsinə müraciət etməklə təkrar şəhadətnamə (və ya arayış) əldə edə bilərlər.

Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda ərizəçilərin qohum olub-olmadıqlarını müəyyən etməyə imkan verən əlavə sənədlər tələb oluna bilər. Tələb oluna biləcək əlavə sənədlərin siyahısı qeydiyyat şöbələrinin əməkdaşları tərəfindən vətəndaşlara bildirilir”.

Избранный
22
3
turkustan.az

4Источники