ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
ABŞ-nin Sünikdən keçəcək yolları (Zəngəzur dəhlizi) autsorsinq təklifi ətrafında qəribə hadisələr baş verir.
Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.
Erməni nəşri xatırladır ki, ötən həftə hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Arman Yeqoyan Ermənistan tərəfinin ABŞ-nin yolun icarəyə verilməsi təklifini qəbul etmədiyini bildirib:
“Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak Vaşinqtonun yolu 100 illik icarəyə götürmək və özəl şirkət vasitəsilə idarə etmək istədiyini açıqlamışdı. Bu da Ermənistan ictimaiyyəti və ekspert dairələrində ciddi müzakirə yaradıb.
A.Yeqoyanın bəyanatı bu ehtimalları dağıtmaq əvəzinə, daha ciddi narahatlıq doğurdu və buna görə də hakim partiyanın digər deputatı, parlament sədrinin müavini Ruben Rubinyan Ermənistanın nəinki ABŞ-nin təklifini qəbul etmədiyini, həm də qanunda nəzərdə tutulmayan heç bir təklifi heç vaxt müzakirə etməyəcəklərini iddia etdi.
Erməni tərəfi bu cür iddialarla çıxış edərkən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün səfiri bildirir ki, türk dünyasının birbaşa rabitəsi üçün dəhlizə ehtiyacı var: “O yol Zəngəzur dəhlizidir və Azərbaycan qalib tərəf kimi dəhlizin açılmasının zəruriliyini haqlı olaraq bəyan edib”.
Nəhayət, baş nazirin sözçüsü Nazeli Baqdasaryan deyib ki, Ermənistanda avtomobil yollarının idarə olunması həmişə özəl şirkətlərə həvalə edilib, bu idarəçiliyi kimin hansı keyfiyyətlə həyata keçirməsi başqa məsələdir”.
“Past”ın fikrincə, təkziblərə baxmayaraq, Ermənistan rəsmiləri Zəngəzur dəhlizinə nəzarəti xarici şirkətə (indiki halda ABŞ-yə) təhvil verib və hələlik bunu ictimaiyyətdən gizli saxlamağa çalışır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.