RU

Arif müəllim mənim üçün atam qədər əziz idi ƏMƏKDAR ARTİST DANIŞDI

ain.az bildirir, Sia Az portalına istinadən.

"Bu gün xalqımıza böyük itki üz verib. Xalqımız Arif müəllimi çox sevirdi. Allah bizə də o xoşbəxtliyi nəsib edib ki, Arif müəllimin əlindən su içmişik. Mənə həm valideyn, həm ustad, həm də dost olub. Birgə çox xatirələrimiz var, danışmaq ağırdır. Atam qədər çox istədiyim, güvəndiyim şəxsiyyəti itirdim". Bu sözləri SİA-ya açıqlamasında Əməkdar artist, xanəndə Cabir Abdullayev deyib.

Onun sözlərinə görə, inana bilmirəm ki, Arif müəllim həyatını itirib. Həmişə bizim ürəyimizdə olacaq. Var olsun dövlətimiz, Heydər Əliyev Fondu. Sona kimi onun yanında oldu. Xəstəxanada olan vaxtlarında çox diqqət olundu. Minnətdarlığımı bildirirəm. Səhhəti yaxşı olmayanda tələbələrinin bir neçəsini mənə tapşırırdı. Deyirdi- "Onlara dəstək ol, efirə çıxart". Arif müəllim narahat olma, həmişə onların yanında olacam. Ailəsinə baş sağlığı verirəm, Arif müəllimin ruhu şad olsun"!

Müəllif: Fatimə Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
62
1
sia.az

2Источники