RU

“Rusiya sanksiyalardan qorxmur" - ABŞ alternativlər axtarır

ABŞ avqustun 8-də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Rusiyanın dövlət rəsmiləri bu sanksiyalardan qorxmadıqlarını açıqlamalarında bildiriblər. Verilən reaksiyalarda vurğulanır ki, bu sanksiyalar əvvəlkilər kimi ölkəni nə qorxudacaq, nə də öz yolundan döndərəcək.

 

Belə olduqda sual yaranır: Əgər bu sanksiyalar da təsir etməzsə, ABŞ Rusiyanı dayandırmaq üçün başqa hansı tədbirlər görə bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Elşad Mirbəşiroğlu qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp müharibənin uzanmasından narahatdır.

 

 

Siyasi şərhçinin fikrincə, Tramp da sanksiyaların genişləndirilməsinin tərəfdarıdır. Lakin bu sanksiyaların təsirli olacağına dair inamı zəifdir.

 

O vurğulayıb ki, Rusiya rəsmiləri də oxşar fikirlər səsləndirirlər:

 

“Məsələn, Avropa İttifaqı 18-ci sanksiyalar paketini qəbul edəndə Rusiya rəsmiləri bunu ciddi qarşılamamışdı. Avropa isə bildirir ki, sanksiyaların təsiri zamanla özünü göstərəcək. Lakin indiki müşahidələr onların Rusiyanı çəkindirmək gücünün məhdud olduğunu göstərir. ABŞ-nin mövqeyi də əslində bu yanaşmanı təsdiqləyir. Tramp sanksiyaların tətbiq olunacağını deyir, lakin onların effektivliyinə özü də şübhə ilə yanaşır. Bu baxımdan Avropa ilə Rusiya arasında ciddi gərginlik yaranması gözlənilmir. Onsuz da hazırda bir sıra ölkələr arasında kifayət qədər gərginlik mövcuddur”.


Fidan Hacızadə
Sfera.az

Избранный
12
1
sfera.az

2Источники