RU

VI “Qardaşlaşmış Qarabağ məktəbləri” yay düşərgəsi başladı - FOTOLAR

Moldovanın Kişinyov şəhərində VI “Qardaşlaşmış Qarabağ məktəbləri” yay düşərgəsi başladı.

QHT.az xəbər verir ki, 29 iyul 2025-ci il tarixində Moldovanın Kişinyov şəhərində VI “Qardaşlaşmış Qarabağ məktəbləri” yay düşərgəsinin açılışı baş tutdu. Düşərgə, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, “CAM” Azərbaycan Moldova Birliyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin tərəfdaşlığı ilə həyata keçirilir.

Tədbirdə şəhid övladları və Qarabağ məktəblərinin şagirdləri iştirak edir. 30 iyul tarixində iştirakçılar Azərbaycan Respublikasının Moldovadakı səfirliyi, Moldova Tarix Muzeyi və Parlamentə ekskursiyalar edib.

4 avqust tarixinədək davam edəcək bu düşərgə, Vətənlə bağların möhkəmləndirilməsi və şəhid ailələrinə dəstək baxımından mühüm əhəmiyyət daşıyır.

Избранный
25
qht.az

1Источники