RU

Ukrayna ordusu bu istiqamətdə irəliləyişə nail olub ISW məlumat yaydı

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin şərq hissəsində irəliləyiş əldə edib.

Bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında məlumat verilib.

Analitiklərin bildirdiyinə görə, geolokasiya çəkilişləri USQ-nin yaxın zamanda Qulyaypoli şəhərinin şimal-şərqində yerləşən Temirovka kəndinə nəzarəti yenidən bərpa etdiyini göstərir.

Bundan əlavə, Liman istiqamətində, xüsusilə Dibrovanın cənubunda və Limanın şərqində də Ukrayna qüvvələrinin irəliləməsi qeydə alınıb. Həmçinin Ukrayna ordusu Velikomixaylovka istiqamətində irəliləyərək Malievka kəndinə də nəzarəti bərpa edib.

Ukrayna Cənub Müdafiə Qüvvələrinin nümayəndəsi Vladislav Voloşin bildirib ki, Ukrayna qüvvələri Zaporojye vilayətinin Orehov şəhəri yaxınlığında bir neçə mövqeni geri alıblar. Onun sözlərinə görə, müdafiəçilər Rusiya qoşunlarını tələyə salaraq əks-hücum əməliyyatları həyata keçirirlər. Bundan bir gün əvvəl Ukraynanın Cənub Müdafiə Qüvvələri açıqlama verərək, Zaporojyedəki Kamenskoye yaşayış məntəqəsinin Rusiya tərəfindən ələ keçirilməsi barədə məlumatların doğru olmadığını, ərazidə döyüşlərin davam etdiyini bildirib.

Qeyd olunub ki, Zaporojye cəbhəsində vəziyyət olduqca mürəkkəb və dinamik olaraq qalır.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
azpolitika.info

2Источники