RU

İstirahət zonalarında həftəsonu niyə boş yer tapılmır? - EKSPERT AÇIQLADI

“Hazırda turizm sahəsində yüksək fəallıq müşahidə olunmaqdadır. Bu dövr həm yaz fəslinə, həm də bayram günlərinin çoxluğuna təsadüf etdiyindən, regionlara, xüsusən də tələbin daha çox olduğu ərazilərə turist axını nəzərəçarpacaq dərəcədə artmışdır”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Ceyhun Aşurov sözlərinə belə davam edib: “Həftəsonlarının qeyri-iş günü olması səbəbilə, işgüzar fəaliyyəti davam etdirən əhalinin belə, qısa müddətli istirahətə yönəlməsi müşahidə olunur. Bunun nəticəsi olaraq, əsasən həftəsonlarında və qeyri-mövsümi bayramlarda istirahət məkanlarında yerlərin tapılması çətinləşmişdir. Otellərdə doluluq səviyyəsi yüksəlmiş, qiymətlər isə müvafiq olaraq artmışdır.

Bununla belə, şəhər mənzilləri, otellərdəki fərdi yaşayış sahələri və Afrin kimi ərazilərdəki alternativ məkanlar əhaliyə əlavə seçim imkanları təqdim edir. Bu vəziyyət əsasən artan tələb fonunda formalaşan bazar şərtləri ilə izah olunur.

Xarici turlara maraq göstərən şəxslərlə yanaşı, qısa müddətli, daxili turizmə üstünlük verən vətəndaşların sayı da kifayət qədər çoxdur. Belə ki, daxili turizm istiqamətləri üzrə yerləşmə vasitələrinin böyük hissəsi artıq əvvəlcədən bron olunmuşdur”.

Ayşən Vəli

Избранный
7
1
sia.az

2Источники