RU

Azərbaycan sərhədini pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanıldı

Azərbaycan sərhədini İran istiqamətindən pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən məlumat verilib.

 

Qeyd olunub ki, DSX-nın Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində 2 Əfqanıstan vətəndaşı – 1999-cu il təvəllüdlü Qasimi Reza Həbibulla və 2002-ci il təvəllüdlü Həsəni Məhəmmədrza Məhəmmədnaim dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

 

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

 

Избранный
94
17
senzor.az

10Источники