RU

Bayden: “Amerikanı qaranlıq dövr gözləyir”

Qanunun aliliyinə və vətəndaş azadlıqlarına təhdidlərlə bağlı Birləşmiş Ştatlar “qaranlıq dövr”lə üzləşəcək.

 

“Politico” nəşri xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Co Bayden deyib.

 

“Baş verənləri ört-basdır edə bilməzsiniz. Bu qaranlıq vaxtlardır”, - Co Byaden iddia edib.

 

Qəzet qeyd edir ki, Trampın adı birbaşa çəkilməsə də, keçmiş Amerika prezidentinin tənqidi konkret olaraq Ağ Evin hazırkı rəhbərinə ünvanlanıb.

 

Eyni zamanda, Konqresi fəaliyyətsizlikdə günahlandıran Co Bayden ABŞ-ın yeni administrasiyasının “tarixi silməyə”, onun və sələflərinin əldə etdiyi tərəqqini ləğv etməyə çalışdığını açıqlayıb.

 

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp özünü sələfi Co Baydenlə müqayisə edərək, daha yaxşı qolfçu olduğunu demişdi. Trampın qürurunu Şotlandiyadakı “Trump International Golf Links”də yeni qolf-klubda top vurması ilə bağlı video daha da gücləndirib.

Избранный
6
1
senzor.az

2Источники