RU

Qırğızıstanda ardıcıl ikinci qol – Orxan Əliyevdən

Azərbaycanlı futbolçu Orxan Əliyev yeni klubu “Ozqon”da 2-ci oyununa çıxıb.

Msport.az xəbər verir ki, onun komandası Qırğızıstan çempionatının 15-ci turunda “Talant”la qarşılaşıb.

Matç “Ozqon”un 2:0 qələbəsiylə başa çatıb. Orxan bu görüşdə iştirak edib. 29 yaşlı hücumçu start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, komandasının ilk qolunu da vurub.

Qeyd edək ki, iyulda “Ozqon”a keçən Orxan ötən tur komandada rəsmi debüt edib və qol vurub.

Избранный
15
2
msport.az

4Источники