Azərbaycan millisinin üzvü Zamiq Əliyevin çıxış etdiyi Albaniyanın “Eqnatiya” klubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində növbəti oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə,Albaniya təmsilçisi Minsk “Dinamo”su ilə cavab oyununda qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Eqnatiya” ilk görüşdə də rəqibini 2:0 hesabı ilə məğlub etmişdi. Bu nəticə ilə Zamiq Əliyevin komandası Konfrans Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.
24 yaşlı müdafiəçi Zamiq Əliyev sözügedən qarşılaşmada start heyətində yer alıb və 86-cı dəqiqədə əvəzlənib.
“Eqnatiya” növbəti mərhələdə Sloveniya təmsilçisi “Olimpiya” ilə qarşılaşacaq.
Fərid Nəsibov